"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola keçmiş günlərdə baş verən hadisələri xatırlayaq təəssüf hissi yaşadığını bildirib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Goal" dərgisi "Birlikdə: 4 sıra" filminə istinadən məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:

"Bəzən özümlə heç də fəxr etmirəm, xüsusən də oyundan dərhal sonra duyğulara qapılıb bunu oyunçulara çatdırdıqda... Mən bir insanam, səhvlər də edirəm, amma bundan xoşum gəlmir. Komandanın azlıqda oynadığı zaman və ya lüzumsuz penalti təyin ediləndə özümü idarə edə bilmirəm."

Qeyd edək ki, Xosep Qvardiola "Mançester Siti"dən öncə "Barselona" və "Bayern" kimi klublarda çalışıb.