AZ

Əli Əsədov yeni qərarlar imzaladı

“Digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib.

Publika.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi QAYDASI ilə buradan tanış olmaq mümkündür

xxx

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC investisiya fəaliyyəti ilə məşğul olacaq.

Publika.az xəbər verir ki, Nazirlər Kabineti “Poçt rabitəsinin milli operatorunun qəbul etdiyi poçt əmanətlərinin və poçt hesablarının qalıq vəsaitlərinin idarə edilməsi üzrə İnvestisiya Strategiyası”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qəraraə əsasən, poçt rabitəsinin milli operatorunun investisiya portfelini idarə etməsinin məqsədi maliyyə xidmətləri sahəsində nəzarətedici qurumun müəyyən etdiyi prudensial və likvidlik tələbləri təmin edilmək şərtilə investisiya gəlirinin əldə edilməsidir.

Seçilən
6
4
publika.az

5Mənbələr