Ermənistanın nüfuzlu “Hraparak” qəzeti bir neçə maraqlı iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, həmin iddialardan biri Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri zamanı baş verəcəklərlə bağlıdır.
Qəzet yazır ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları “siyasi ticarət”dir. “O siyasi alver artıq Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında olacaq. Və Paşinyan bu alverdə istənilən güzəştə gedəcək ki, istədiyini ala bilsin”.
Erməni nəşri buna qədər Paşinyanın bir neçə məsələni həll etməsinin zəruri olduğunu qeyd edir. “Buna qədər Paşinyan bir neçə məsələni həll etməlidir. Seçkiyə qədər özünü təsdiqləməli, mövqelərini gücləndirməlidir”.
Amma “Hraparak” onu da qeyd edib ki, Paşinyan postunda qalmaq üçün Azərbaycanla sərhəddə təxribatlar da edə bilər. “Onun sərhəddə təxribatlara əl atması gözləniləndir. Çünki Paşinyan bununla cəmiyyətin başını qatmağa, kənardan təhdidlərin olduğuna onları inandırmalıdır. Ki, o olmasa Azərbaycan hücuma keçib, İrəvanı götürəcək”.