1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"X" platforması İranın Ali Rəhbəri Əli Xameneinin italyan dilində kontent dərc edən sosial şəbəkə hesabının fəaliyyətini məhdudlaşdırıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Bildirilib ki, Xameneinin səhifəsinə daxil olan zaman "İstifadəçinin hesabı qaydaların pozulması səbəbindən bloklanıb" məzmunlu mesaj görünür.
Qeyd etmək lazımdır ki, Əli Xameneinin hesablarının ilk bloklanması halı deyil. Bundan əvvəl onun ivrit dilində hesabı platforma açıldıqdan bir gün sonra bağlanmışdı.
Bundan başqa, Xameneinin Azərbaycan dilində mesajlar yerləşdirdiyi səhifəsi də bir neçə günlük bloklanmışdı.