AZ

Kim Çen In: "Heç vaxt bu qədər yüksək risk olmayıb"

"Koreya yarımadası heç vaxt indiki kimi nüvə münaqişəsi riskinin bu qədər yüksək səviyyəsi ilə üzləşməyib".
 
Oxu.Az-ın "Koreyanın səsi"nə istinadən məlumatına görə, bu barədə KXDR rəhbəri Kim Çen In bəyan edib.
 
KXDR rəhbəri ABŞ-ni Pxenyanın gücünü məhdudlaşdırmaq məqsədilə nüvə silahından birgə istifadə üzrə hərbi alyans sistemini genişləndirməkdə ittiham edib.
 
Kim Çen In vurğulayıb ki, onun Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq cəhdlərinə baxmayaraq, bu, ABŞ tərəfinin düşmən siyasətini təsdiqləyib.
 
"Nəhəng strateji zərbə vasitələrinin və müttəfiq qüvvələrin yerləşdirilməsi hesabına hərbi təzyiq və təxribatların səviyyəsi son dərəcə artır. Koreya yarımadasında müharibə edən tərəflər ən dağıdıcı termonüvə müharibəsinə çevrilə biləcək indiki qədər təhlükəli və kəskin vəziyyətlə heç vaxt üzləşməyiblər", - deyə o bildirib.
 
Artan təhdidlə əlaqədar Kim Çen In KXDR-in silahlanmasının işlənib hazırlanmasına, modernləşdirilməsinə, həmçinin ölkənin müdafiə potensialının artırılmasının davamına çağırıb və bildirib ki, hökumət ölkənin milli müdafiə vasitəsilə qorumaq üçün hərbi gücün artırılması naminə hər şeyi edəcək.
Seçilən
24
1
moderator.az

2Mənbələr