Təbrizli fəal Mirəkbər Hüseyni məhkəmə sistemi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Mirəkbər Hüseyni daha əvvəl “rejim əlehinə təbliğat” və “düşmən qruplaşmalarına üzv olmaq” kimi ittihamlarla məhkəmənin qərarı ilə bir il yarım azadlıqdan məhrum edilib.
Mirəkbər Hüseyni 2018-ci ilin noyabrında həlak olanların ailələrinin haqqlarını müdafiə etdiyinə və 2022-ci il etirazları zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülən gənc azərbaycanlı həkim Aylar Həqqinin dəfn mərasimində iştirak etdiyinə görə dəfələrlə həbs edilib, dindirilib və təzyiqlərə məruz qalıb.
visiontv.az