AZ

Seneqal nümayəndəsi: "COP29-da texnologiyaların tətbiqi proqramı ilə bağlı razılığa nail olunub"

"Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) yeni texnologiyaların tətbiqi proqramı ilə bağlı ümumi razılığa nail olunub".

Bu barədə Seneqaldan olan məşğulluq üzrə danışıqçı El Haci Cibril Diop tədbirin gedişatı barədə hakimiyyet.az-a öz fikirlərini bölüşərkən açıqlayıb.

O, texnologiyaların ötürülməsi üzrə koordinator olduğunu vurğulayıb.

"Əsasən, iki mövzu üzrə (texnologiyaların ötürülməsi və sadəcə, keçid) danışıqlar aparıram. Biz hələ də COP29-un nəticələrini gözləyirik", - deyə Diop bildirib.

Onun sözlərinə görə, konfransda texnologiyaların tətbiqi üzrə yeni proqram barədə ümumi razılığa nail olunub.

"Bizim əsas mətnimiz var və biz onun üzərində işləməyə davam edəcəyik", - deyə danışıqları aparan şəxs qeyd edib.

Eyni zamanda, o, texnologiyaların ötürülməsinin maliyyələşdirilməsi məsələlərində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fikir ayrılıqlarını da göstərib.

"İnkişaf etmiş ölkələr maliyyə tərəfi ilə bağlı öhdəlik götürmək istəmirdilər, bax buna görə bizim razılaşmamız yoxdur", - deyə Diop izah edib.

Seneqallı nümayəndə inkişaf etməkdə olan ölkələr üçün enerjiyə çıxış məsələsinin vacibliyini xüsusilə vurğulayıb.

"Bu, çox vacibdir. (Aşağıkarbonlu iqtisadiyyata) qlobal keçiddən əvvəl biz ilk növbədə əhalini enerji ilə təmin etməliyik", - deyə o bildirib.

Ümumilikdə, Diopun fikrincə, COP29 yaxşı təşkil olunub.

"Hər yerdə kömək etməyə hazır və lazım olan hər bir avadanlığı təmin edə bilən insanları tapmaq mümkündür", - deyə o qeyd edib.

Rufina Abdullayeva

Seçilən
3
1
hakimiyyet.az

3Mənbələr