AZ

Kloze Emreli haqda: "Ümid edirəm ki, millidə kifayət qədər çalışıb"

Almaniya mətbuatı ikinci Bundesliqanın 13-cü turunun bu gün keçiriləcək “Paderborn” – “Nürnberq” matçı haqda yazarkən Azərbaycan millisinin üzvü Mahir Emreli də diqqətə çatdırılıb.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Emreli və “Nürnberq”in digər milli üzvləri düşərgəyə tam sağlam qayıdıblar, bu gün də start heyətində meydana çıxmalıdırlar.

Öz növbəsində komandanın baş məşqçisi Miroslav Kloze ümid edir ki, Emreli və Kastrop “Paderborn”a görüşə tam hazır olacaqlar:

"Ümid edirəm ki, onlar milli ilə kifayət qədər çalışıblar".

Qeyd edək ki, bu gün keçiriləcək görüşə Bakı vaxtı ilə 21:30-da start veriləcək.

saytlarin hazirlanmasi

Seçilən
54
50
sportal.az

10Mənbələr