AZ

Vatsapdan yenilik: Səsli mesajları mətnə çevirir

Vatsap səsli mesajları pulsuz transkripsiya edəcək.

Axar.az xəbər verir ki, bu barədə messencerin tərtibatçıları məlumat yayıb.

Qeyd olunub ki, səsli mesajı mətnə çevirmək funksiyası yaxın həftələrdə tədricən bütün dünyada istifadəçilər üçün əlçatan olacaq.

Funksiyanı aktiv etmək isə çətin olmayacaq. Bunun üçün "Ayarlar" bölməsinə daxil olub "Çatlar"ı seçmək, sonra isə "Səsli mesajların şifrəsinin açılması" seçimini tapmaq lazımdır. Burada dil paketini yükləmək və quraşdırmaq tələb olunur. Səsli mesajı aldıqdan sonra onu basıb saxlayaraq, açılan menyudan "Transkripsiya et" seçimini işə salmaq lazımdır.

Seçilən
50
1
axar.az

2Mənbələr