AZ

Çörək ucuzlaşacaq? – MÜHÜM PROQNOZ

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 205 milyon 427 min dollar dəyərində 948 min 815 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsinə məlumatına əsasən, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 0.05% və ya 463 ton, məbləğ baxımından isə 17% və ya 41.9 milyon dollar azdır.
 

MÖVZU İLƏ BAĞLI:

Buğdanın tədarük qiymətində AZALMA – Çörək ucuzlaşacaq?


Qeyd edək ki, 2024-cü ilin 10 ayında ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% azalaraq 368 manat təşkil edib.

Bəs, bu ucuzlaşma çörəyin qiymətinə təsir edəcəkmi?

Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bu statistikaya əsasən ilk ağılagələn çörəyin qiyməti 10-15 faiz ucuzlaşmalı olduğudur:

“Bu hələki baş verməyib. Amma bu qiymət enişi hesabına çörəyin qiyməti ən azı sabit qalıb. Üstəlik, çəkiyə və keyfiyyətə də ötən müddətdə müdaxilə edilməyib. Ən azından bunu uğur hesab etmək olar.

Amma konkret hal olaraq çörəyin qiymətinin ucuzlaşacağı inandırıcı gəlmir. Çünki, 2022-ci ildə dünyada buğda kəskin bahalaşdı. O cümlədən də ölkəmizdə çörəyin qiyməti artdı. Bu bahalaşmanın təsirlərini azaltmaq üçün dövlət idxal olunan ərzaqlıq buğdaya ƏDV-ni ləğv etdi. 

Bundan sonra da çörəyin qiymətində 20 qəpiyə qədər ucuzlaşma oldu. İndi də ümumi bir sabitlik var. Ona görə də çörəyin ucuzlaşması və bahalaşması gözlənilmir”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
14
3
bizim.media

4Mənbələr