AZ

Orxan Solak: “Azərbaycan COP29-a uğurla ev sahibliyi edir” – FOTO

“İqlim böhranı dünyanın və ölkələrin gündəmində ən üst sırada yer alan qlobal böhrandır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə Çevrə, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin iqlim dəyişiklikləri üzrə müavini Orxan Solak deyib.

O, iqlim böhranının qlobal gündəmin ən əsas məsələlərindən biri olduğunu qeyd edib:

“İqlim böhranı dünyanın və ölkələrin gündəmində ən üst sırada yer alan qlobal böhrandır. Hər il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri Çərçivə Konvensiyası çərçivəsində ölkələr Tərəflər Konfransına qatılır və iqlim böhranı ilə bağlı bir sıra mövzularda, o cümlədən azaltma, uyğunlaşma, texnologiya, maliyyə və bazar mexanizmləri üzrə müzakirələr aparılır. Bu il COP29 çərçivəsində əsas diqqət maliyyə və şəffaflıq məsələlərinə yönəlib”.

Solak bildirib ki, bu mövzularda intensiv müzakirələr aparılır və yekun qərarların qəbul edilməsi üçün işlər davam edir. Konfransın yekunlarının uğurlu olacağına ümid etdiyini ifadə edən Solak Azərbaycanın təşkilati səylərini yüksək qiymətləndirib.

“Azərbaycanın bu intensiv səyləri və uğurlu ev sahibliyi üçün təşəkkür edir, onları təbrik edirəm”, – deyə o bildirib.

Məsimə Məmmədova

Cəmilə Çebotaryova

Seçilən
0
yenicag.az

1Mənbələr