AZ

BMT:''İordan çayının qərb salilində öldürülən uşaqların sayı üç dəfə artıb''

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü ilin oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində öldürülən uşaqların sayının üç dəfə artdığını açıqlayıb. BMT-nin sözçüsü Stefan Dujarrik  BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyindən (UNRWA) alınan məlumatları paylaşaraq, 2023-cü ilin oktyabrın 7-dən bəri hər həftə orta hesabla 4 uşağın öldürüldüyünü bildirib. Bu, 2023-cü ilin ilk 9 ayı ilə müqayisədə üç dəfə daha çoxdur.

Stefan Dujarrik işğal altındakı İordan çayının qərb sahilində vəziyyətin uşaqlar üçün xüsusilə ağır olduğunu vurğulayıb. O, bölgədə qeyri-qanuni şəkildə məskunlaşanların törətdiyi zorakılıqlar səbəbindən 1700 nəfərin evini tərk etdiyini, bunların yarısının uşaqlar olduğunu qeyd edib.

Vəziyyətin təhsilə də ciddi təsir etdiyini bildirən Stefan Dujarrik 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayına qədər bölgədə 13 min uşağın məktəbə gedə bilmədiyini əlavə edib.



Seçilən
23
trt.net.tr

1Mənbələr