AZ

NATO və Ukrayna Rusiya ilə bağlı təcili toplantı keçirəcək

Ukrayna - NATO Şurası Rusiyanın Ukrayna hərbi-sənaye kompleksi obyektlərinə qarşı yeni ballistik raketdən istifadə etməsi ilə bağlı noyabrda fövqəladə iclas keçirəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb .

“Ukrayna və NATO Rusiyanın hipersəs ballistik raketinin Ukraynaya endirdiyi zərbəni qiymətləndirmək üçün çərşənbə axşamı Ukrayna-NATO Şurasının iclasını keçirəcək”, - deyə agentlik bildirir.

Bildirək ki, Rusiya prezidenti Vladimir Putin həmvətənlərinə müraciəti zamanı demişdi ki , Moskva Amerika və Britaniyanın uzaqmənzilli raketlərinin hücumlarına cavab olaraq Ukraynadakı hədəfləri ən son “Oreşnik” orta mənzilli ballistik raketlə vurub.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
35
turkustan.az

10Mənbələr