AZ

Provedel keçmiş sevgilisini prokurorluğa şikayət etdi

“Latsio”nun rusəsilli italiyalı qapıçısı İvan Provedel keçmiş sevgilisi Cuditta Kapeçkidən prokurorluğa şikayət ünvanlayıb.

Arena.az bu barədə “La Gazzetta dello Sport” dərgisinə istinadən məlumat verir.

Provedelin Kapeçkidən şikayətinin əsası qadının futbolçunun üç yaşlı oğlu ilə görüşə imkan verməməsi ilə bağlıdır.

Mənbə izah edir ki, “uşaqla vaxt tənzimləmələrinə əməl edilmir, bu, oyunçunun oğlu ilə əlaqə saxlamaq imkanına mane olur”.

Hazırda müstəntiqlər məsələni araşdırırlar. Daha sonra yerli qəyyumluq orqanları hər iki valideyn arasında uşaqla ünsiyyət qaydasını nəzərdən keçirəcəklər.

İvan Provedel Pordenone şəhərində dünyaya gəlib. İvanın atası italyan, anası Yelena isə Moskvadan olan rusdur. O, 2022-ci ilin avqustundan “Latsio”da çıxış edir. Tərəflər arasında müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Provedel “Latsio”nun heyətində 13 oyuna çıxıb, 14 qol buraxıb, 3 “quru” oyun keçirib. Ümumilikdə qapıçı “Latsio”nun heyətində 98 oyuna 103 qol buraxıb, 38 oyunda qapısının toxunulmazlığını təmin edib. Məhz “Latsio”da Provedel daha da tərrəqqi edib və A Seriyasının 2022/2023 mövsümünün ən yaxşı qapıçısı adına layiq görülüb.

Təcrübəli qapıçı karyerası ərzində “Spetsiya”, “Empoli”, “Pro Verçelli”, “Piza”, “Peruca”, “Modena”, “Yuve Stabiya” kimi klubların da şərəfini qoruyub.

İvan İtaliyanın U-20 yığmasında 5 oyun keçirib, 5 qol buraxıb, 3 oyundan “quru” qurtulub. Həmçinin Provedel U-21 yığmasına və İtaliyanın əsas yığmasına dəvət alsa da, debütü baş tutmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı İvan Provedeli 14 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
13
arena.az

1Mənbələr