AZ

Serxio Aquero: “Mançester Siti” bütün yarışlarda favoritdir”

“Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero “şəhərlilər”in bu mövsüm İngiltərə Premyer Liqasının qalibi olmaq şanslarından danışıb.

Arena.az xəbər verir ki, argentinalı veteran futbolçu bunları dilə gətirib:

“Məncə, “Mançester Siti” bütün yarışlarda favoritdir. Bu komanda harada oynayırsa, həmişə qələbəyə əsas iddiaçıdır. Düşünürəm ki, hər şey zehniyyətdən asılıdır. Həmişə favorit olmaq asan deyil”, deyə Aquero vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” cari mövsümdə İngiltərə Premyer Liqasında keçirdiyi 11 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Son iki oyununda ardıcıl məğlubiyyətlər almasına baxmayaraq, Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda 23 xalla Premyer Liqanın yarış cədvəlində 23 xalla ikinci pillədə qərarlaşıb. İngiltərə çempionatına 28 xala malik “Liverpul” liderlik edir.

“Şəhərlilər” İngiltərə Kubokunda və İngiltərə Liqa Kubokunda da mübarizəni davam etdirirlər. Mançester nəhəngi UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi 4 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə və 1 məğlubiyyət görüb. İngiltərə çempionu hazırda 7 xalla 10-cu sırada qərarlaşıb.

“Mançester Siti”ni qarşıda “Tottenhem”lə Premyer Liqa (23 noyabr), “Feyenoord”la (Niderland) ÇL oyunları (27 noyabr) gözləyir.

Serxio Aquero 2021-ci ildə ürək fəsadlarına görə futbolçu karyerasına xitam vermək məcburiyyətində qalıb. 35 yaşlı hücumçu 2008-ci il Olimpiya çempionu, 2014-cü il FIFA Dünya Kubokunun gümüş mükafatçısı və 2021-ci il Amerika Kubokunun qalibidir.

Aquero Argentina yığmasında 101 oyun keçirib, 41 qol vurub və 19 məhsuldar ötürmə verib. Argentinalı futbolçunun son klubu “Barselona” olub. Aquero həmçinin “Mançester Siti”, Madrid “Atletiko”su və “İndependyente”də çıxış edib.

Seçilən
1
arena.az

1Mənbələr