AZ

"Qazax" əlahiddə sərhəd diviziyasında 1000-dən çox kamera fəaliyyət göstərir

"Qazax" əlahiddə sərhəd diviziyasında xidmətin təşkili məqsədilə 1000-dən çox kamera fəaliyyət göstərir. Bu kameralar vasitəsilə dövlət sərhədi daim müşahidə altında saxlanılır. O cümlədən Qazax rayonunun işğaldan azad olunan Xeyrimli, Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərində də qeyd olunan müasir tipli müşahidə kameraları var."

"Xalq qəzeti"nin Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri "Qazax" Əlahiddə Sərhəd Diviziyasına komandiri general-mayor Misir Əliyev dedi.

M.Əliyev bildirdi ki,  diviziyanın xidməti ərazisində sərhədlərin mühafizəsi termal, eləcə də digər müasir tipli kameralardan müşahidə edilir. Kameralar vasitəsilə nəzarət olunan ərazilərə DSX rəisi də xidməti otağından baxa bilir.

Rizvan FİKRƏTOĞLU
XQ

Seçilən
13
xalqqazeti.az

1Mənbələr