Qazax. Trend:
"Babəkər" sərhəd zastavasının sərhədçiləri yaşıl sərhədzonasında şərti sərhəd pozucularını yaxalayaraq zərərsizləşdirməəməliyyatını icra ediblər.
Trend-in Qarabağ bürosu xəbərverir ki, mediatur iştirakçıları səfər çərçivəsində Qazax rayonuərazisində yerləşən, "Qazax" əlahiddə sərhəd diviziyasının Babəkərsərhəd zastavasının xidməti ərazisində olublar.
Jurnalistlər burada da yaradılmış xidmət şəraiti ilə tanışolaraq, sərhədlərin mühafizəsi xidmətinin təşkilini müşahidəediblər.
Bundan başqa, sərhəd zastavasının hərbi qulluqçuları Gürcüstanlasərhəddə şərti sərhəd pozucularını texniki vasitələr və xidmətiheyvanlardan istifadə etməklə yaxalayaraq zərərsizləşdirməəməliyyatını icra ediblər.
Həmçinin jurnalistlərə zastava haqqında məlumat verilib.Bildirilib ki, sözügedən zastavasının xidməti ərazisi əsasənAzərbaycan-Gürcüstan ərazisində yerləşir. Cəmi bir sərhəd məntəqəsiisə Ermənistanla şərti sərhəd istiqamətinə düşür.