AZ

Azərbaycan millisinin basketbolçusu: "İrlandiya ilə matçda çox pis oynadıq"

Çox pis oynadıq.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyev səfərdə İrlandiyaya 67:91 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.

O, dünənki matçda zədəli halda oynadığını bildirib:

"Bu qarşılaşma üçün çalışdıqlarımızın heç 10 faizini göstərə bilmədik. Mənim dizimdə zədə var. Bakıdakı son məşqdə oldu. Ağrıkəsici ilə oynamağa çalışdım. Məncə, Endər Poladxanlının olmaması da komandaya təsir etdi".

34 yaşlı basketbolçu İsveçrəyə qarşı növbəti görüşdə qələbə qazanmağa çalışacaqlarını vurğulayıb:

"Növbəti oyunumuz evdə İsveçrəyə qarşı olacaq. Artıq bu matça fokuslanmalıyıq. İnşallah, evdə qalib gələrik".

Qeyd edək ki, noyabrın 24-də Bakıda təşkil olunacaq Azərbaycan - İsveçrə qarşılaşması saat 14:00-da start götürəcək.

Seçilən
22
far.az

1Mənbələr