AZ

Bu ölkələr təsdiqlədi: Netanyahunu həbs edəcəklər!

Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri dünən İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzadakı müharibə zamanı törətdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order veriblər.

Olaylar xəbər verir ki, "Tayms of İsrail" bu qərardan sonra nələrin ola biləcəyini diqqətə çatdırıb.

"BCM-in 124 üzv dövləti, məhkəmənin təsis nizamnaməsinə əsasən, məhkəmənin həbsinə order verdiyi istənilən şəxsi öz ərazilərinə daxil olduğu halda həbs edib, təhvil verməyə borcludur.

BƏM-ə AB-nin bütün ölkələri, Böyük Britaniya, Kanada, Yaponiya, Braziliya və Avstraliya daxildir. Yaxın Şərq regionunda Fələstin və İordaniya BƏM üzvləridir. Amma İsrail və ABŞ Roma Statutuna qoşulmayıb.

Fransa, Kanada və Niderland kimi İsrailin müttəfiqləri də daxil olmaqla, üzv dövlətlərin bir sıra liderləri orderlərə hörmət edəcəklərini və beləliklə, Netanyahu və Qallant bu ölkələrə səfər edərsə, həbsləri həyata keçirəcəklərini bildiriblər", - nəşr qeyd edib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
50
olaylar.az

10Mənbələr