AZ

Baş məşqçi ilə problem yaşayan iş adamı yeni transferlərə kulli miqdarda vəsait ayırdı

«Turan Tovuz»un qış fasiləsində yeni transferlərin edilməsinə ayırdığı vəsait məlum olub. Avrokuboklara vəsiqə qazanmağa iddia edən əyalət təmsilçisi bu məqsədlə 600 min dollar xərcləyəcək.
Bu barədə klubdan redaksiyamıza məlumat verilib, Bildirilib ki, Ehtiram Quliyevin gücü yalnız bir belə məbləğə gücü çatır. Həmçinin qeyd olunub ki, İdarə Heyətinin sədri Kurban Berdiyevə öz təklifini verib. Belə ki, rəhbər baş məşqçidən Araş Qaderinin düşərgədən göndərməyi tələb edib. Quliyevin istəyi anlaşılandır. İranlı legioner komandanın ən yüksək ödənişli üzvüdür - bu yayın əvvəlində Azərbaycana gələn müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. Sabiq «Traktor»lunun illik məvacibi 200 min dollardır. Sədr Arazın o tayından dəvət olunmuş Araşla sözləşməyə xitam verilməsi halında qalan pulu da yeni futbolçuların alınmasına ayırmağa hazırdır.

SPORTİNFO.AZ

Seçilən
12
sportinfo.az

1Mənbələr