AZ

Bu tablo rekord qiymətə satıldı

Osman Həmdi bəyin 1879-cu ilə aid "Bursa Ulu Məscidinin Önü" adlı tablosu Parisdə keçirilən hərracda 571 min 500 avroya satılıb.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyə incəsənət tarixinin ən önəmli rəssamlarından biri, “Tısbağa Təlimçisi” adlı məşhur əsərin sahibi Osman Həmdi bəyin tablosu Parisdəki Drouot Hərrac Evində hərraca çıxarılıb.

Həmdi bəyin 1879-cu ilə aid “Bursa Ulu Məscidinin önü” adlı tablosu hərracda 571 min 500 avroya satılıb. Rəsmin Türkiyədə mədən şirkətinin sahibi olan bir şəxs tərəfindən telefon danışığı ilə alındığı açıqlanıb.

Osman Həmdi bəyin 60x42 santimetr ölçülü yağlı boya tablosu rəssamın orijinal üslubunun ən mühüm nümunələrindən sayılır.

Seçilən
17
12
cebheinfo.az

10Mənbələr