Almaniyada üçüncü rübün artım gözləntiləri dəyişdirilib.
İndex.az. xəbər verir ki, Almaniya Statistika İdarəsinin məlumatına görə, iyul-sentyabr dövrü üçün artım göstəricisi 0,2%-dən 0,1%-ə endirilib.
Hesabata görə, ev təsərrüfatlarının xərcləri rüblük əsasda 0,3% artdığı halda, dövlət xərcləri də bu artıma uyğunlaşaraq 0,4%-lik artım göstərib.
Bununla yanaşı ixracın azalması məlumatların aşağıya doğru revize edilməsində təsirli olmub.
Qeyd edək ki, “Bundesbank” Almaniya iqtisadiyyatının yalnız son rübdə zəifləyəcəyini gözləyir.