AZ

Azərbaycan və Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdiriliblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan və Gürcüstan arasındakı dövlət sərhədini pozmağa cəhd göstərən üç şərti şəxs zərərsizləşdirilib.
"Report"un Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Divizyasında Gürcüstan istiqamətindən sərhədi pozmağa cəhd göstərən üç şəxs sərhədçilər tərəfindən zərərsizləşdirilib.
DSX-nin Sərhəd Qoşunları Komandanı general-leytenant Araz Məmmədov deyib ki, Gürcüstan sərhədində yerləşən Babəkar zastavasında şərti sərhəd pozucusunun saxlanması əməliyyatı keçirilib.
Məlumata görə, ərazidə quraşdırılan kameralar vasitəsilə 20 km-lik ərazini müşahidə etmək mümkündür.
Qeyd olunub ki, sərhəd pozucuları aşkar olunduqdan sonra zastavaya məlumat verilir və onların zərərsizləşdirilməsi istiqamətində işlər görülür.
Daha çox foto burada: PhotoStock.Az
Seçilən
14
7
oxu.az

10Mənbələr