AZ

Çin gəmisinə təxribat ittihamı

Baltik dənizində Finlandiya, Almaniya, İsveç və Litvanı birləşdirən sualtı telekommunikasiya kabellərinin kəsilməsindən sonra təxribat şübhələri artır. Hadisə ilə bağlı istintaq başlatan İsveç polisi, kabellərin qırılmasından məsul ola biləcəyi səbəbiylə Çin yük gəmisinə diqqət yetirdiklərini bildirdi.

İsveç sualtı axtarış qrupları zədələnmiş iki sualtı fiber optik kabeldən biri olan “C-Lion 1” xəttinin yerləşdiyi ərazidə araşdırmalar aparıb. Bu kabel Finlandiya və Almaniya arasında keçir. İsveç və Litva arasındakı kabel xətti də zədələnib.

İsveç Milli Əməliyyat Təşkilatından Per Engström, Çin yük gəmisi ilə bağlı təfərrüatların istintaq çərçivəsində nəzərdən keçirildiyini bildirib.

Sahil təhlükəsizlik qruplarının hadisə yerində “nəzarəti artırdıqlarını” ifadə edən Engström, xətlərin qırılmasının səbəbini aydınlaşdırmağa çalışdıqlarını deyib.

Danimarka Müdafiə Komandanlığından dünən verilən açıqlamada Çin mərkəzli “Ningbo Yipeng” şirkətinə aid “Yi Peng 3” adlı gəminin yaxından izlənildiyi bildirilib. Qeyd olunub, noyabrın 19-dan 20-nə keçən gecə Danimarka ilə İsveç arasındakı Katteqat boğazında lövbər salan gəmi ayın 17-dən 18-nə keçən gecə “C-Lion 1” kabel xəttinin yaxınlığında görünüb.

Gəmilərin hərəkətini izləyən “Vesselfinder”in məlumatına görə, “Yi Peng 3” sonuncu dəfə noyabrın 15-də Rusiyanın Leninqrad vilayətindəki Ust-Luqa limanına daxil olub. “The Guardian” rusiyalı kapitan Aleksandr Stechentsevin “Yi Peng 3” gəmisinə qalxdığını xəbər verib.

ABŞ-ın Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli raketlərlə hücum etməyə icazə verməsindən sonra baş verən insident Avropada təxribat çaxnaşması yaradıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius “Heç kim bu kabellərin təsadüfən qırıldığına inanmır” deyib. Danimarkanın baş naziri Mette Frederiksen də “təxribat olduğu ortaya çıxarsa, təəccüblənməyəcəyəm”Ş, – deyib.

Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov, “Hər şeydə səbəbsiz yerə Rusiyanı günahlandırmağa davam etmək olduqca absurddur” deyən iddialara reaksiya verib. Peskov Rusiyanın hadisə ilə heç bir əlaqəsi olmadığını iddia edərkən, Baltik dənizində təxribatı həyata keçirən tərəfin Ukrayna olduğunu iddia edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian ölkə bayrağı altında üzən gəmilərin ciddi qanunlarla yoxlanıldığını və qanuna uyğun hərəkət etdiyini bildirib.

Seçilən
14
vaxt.az

1Mənbələr