AZ

Ceyhun Aşurov: COP 29 ölkənin tanıdılması üçün əla fürsətdir

Bu ilin noyabr ayında Bakıda ke­çirilən Birləşmiş Millətlər Təşkila­tının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı­nın 29-cu sessiyası ərəfəsində müvafiq qurumlar ölkədə və xaricdə çoxsaylı tədbirlər həyata keçirib. Bu mötəbər tədbirə turizm sektoru da ciddi ha­zırlaşıb. İqlim konfransı çərçivəsində paytaxtımıza onminlərlə qonağ gəlib. Maraqlıdır, COP29-un Azərbaycan turizminə nə kimi təsirləri olacaq? Turistlərin təəssüratları necədir?     

Suallarımızı cavablandıran turizm eksperti Ceyhun Aşurov “Sherg.az”a açıqlamasında deyib ki, iqlim dəyişiklikləri ilə əlaqədar olan COP29 Azərbaycan tarixində ev sahibliyi etdiyimiz ən böyük tədbirlərdəndir:                        

"Bura dünyanın müxtəlif ölkələrindən qonaqlar gəlib. İqlim, ətraf mühitin qorunması, yaşıllıqla bağlı ciddi müzakirələr aparılır. Azərbaycan və digər dövlətlər gələcəyə yönəlik öhdəliklər götürüblər. Bu tədbirə gələn qonaqlar da Azərbaycanın real infrastrukturunu, şəhərin gözəlliyini görürlər.Dünya liderlərinin paytaxtımıza toplanması ölkəmizin bütün dünyada böyük nüfuza sahib olmasının göstəricisidir. Həmçinin, buranın turizm ölkəsi olaraq potensialını qiymətləndirirlər. Onlara müəyyən avtobuslar təqdim edilir ki, boş qalan vaxtlarında Bakı şəhərinə yaxın olan regionlara yollansınlar. Fikrimcə, bu kimi tədbirlər xaricdən gələn turistlərin hafizəsində yaxşı qalacaq. Ünsiyyət imkanı əldə etdiyimiz iştirakçılar arasında da təəssüratlar çox gözəldir. Bu da bizi sevindirir. İnanırıq ki, həmin qonaqlar hisslərini öz ölkələrində də paylaşacaqlar. Bu ölkənin tanıdılması üçün əla fürsətdir. COP29-da 22 noyabr tarixində turizmlə bağlı bəyannamə qəbul olundu. Beləki ölkələrin götürdükləri öhdəliyə əsasən turizm sənayesi ətraf mühitlə bağlı həssas davranacaq".
Seçilən
44
sherg.az

1Mənbələr