AZ

Azərbaycan Türkiyəyə “yaşıl enerji” tədarükünü müzakirə edib

Azərbaycan Türkiyəyə və buradan Avropaya “yaşıl enerji” və qazın tədarükü ilə bağlı müştərək layihələrin inkişafını müzakirə edib.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşdə enerji əməkdaşlığının gündəliyində olan məsələlərə dair müzakirələr aparılıb.

Həmçinin, İğdır-Naxçıvan boru kəmərinin tikintisinin yekunlaşdırılması və “Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu”nun keçirilməsi ilə bağlı cari vəziyyəti dəyərləndirilib.

Seçilən
5
6
far.az

10Mənbələr