AZ

Kədər onları bir araya gətirdi

Dağılan məşhur Britaniya musiqi qrupu “One Direction”nun üzvləri 9 il sonra qrupun üzvü Liam Peynin dəfn mərasimində bir araya gəliblər. 

“Cebheinfo.az” xəbər verir ki, ötən ay Argentinada qaldığı otelin eyvanından narkotikin təsiri ilə atılaraq dünyasını dəyişən 31 yaşlı Peynin dəfn mərasimi doğulduğu İngiltərədəki Volverhemptonda keçirilib. 

Peyni son mənzilə qrup üzvləri Horan, Zeyn Malik, Louis Tomlinson və Harri Styles yola salıb.

Peyn Argentinaya qrupdan dostu Niall Horanın verdiyi konsert üçün getmişdi.

Qeyd edək ki, qrup 2015-ci ildə dünya turnesi zamanı Malikin həddindən artıq stress səbəbilə turu tərk etməsindən sonra dağılmışdı və 2016-cı ildə dağıldıqlarını rəsmən elan etmişdilər. 

Seçilən
20
cebheinfo.az

1Mənbələr