AZ

Naringi (mandarin) alarkən nəyə diqqət edilməlidir? -Tövsiyə

Naringi Yeni ilin əsas atributlarından biridir. Lakin müxtəlif çeşidlərin çoxluğu səbəbindən insanlar həmişə ən dadlı və keyfiyyətli meyvəni seçə bilmirlər.             
Sual yaranır. Naringinin faydaları nələrdir. Vətəndaşlar naringi alarkən hansı nüanslara diqqət etməlidirlər?                            
Qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, naringi (mandarin) xoş ətirli, dadlı, həm də olduqca faydalı meyvədir:              
          
"Həmçinin, naringi C vitamini, B kompleks vitaminləri, antioksidantlar, su və minerallara ilə zəngin olan qış meyvəsidir. Naringinin qabıqları bir çox xəstəliklərdən qoruyur, immunitet sistemini dəstəkləyən flavonoidlər kimi antioksidantlarla zəngindir. Onun tərkibindəki lif həzm sisteminə müsbət təsir edir. İnsanı uzun müddət tox saxlayır. Naringi şəkəri yüksək olan meyvədir. Xüsusilə, şəkər xəstələri ehtiyatla istehlak etməlidirlər. Turşuluğu bol olduğu üçün isə həddindən artıq istehlak edildikdə mədəsində problem olan insanlarda narahatlıq yarada bilər. Digər tərəfdən həssas insanlarda və kiçik uşaqlarda səpgi kimi allergik reaksiyalara səbəb ola bilər. Təzə, dadlı və sağlam naringi  almaq istəyirsinizsə, bir neçə məqama diqqət etmək lazımdır. Birincisi, naringi parlaq narıncı rəngdə olmalıdır. Əgər yaşıl və solğundursa, deməli, hələ yetişməyib. Alarkən diqqət edin ki, qabığı hamar, üzərində əzik, çürük, ləkə və çatlar olmasın. Təzə və şirəli olan naringilər daha ağırdır. Çalışın, alarkən ağır olanları seçin. 
Sağlam qidalanma sağlam seçimlərdən başlayır. Ona görə də hər bir qidanı miqdarında, mövsümündə yeyin, qəbul etdiyiniz hər qidadan zövq alın".
Seçilən
17
sherg.az

1Mənbələr