AZ

Zelenskidən Patriarx Kirill, Matvienko və Kirkorovla bağlı sərəncam


Ukrayna Prezidenti Volodimir Zelenski Moskva və Bütün Rusiyanın Patriarxı Kirilli, Federasiya Şurasının sədri Valentina Matvienkonu, eləcə də digər siyasi və mədəniyyət xadimlərinin Ukrayna dövlət mükafatlarından məhrum edilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sənəd Ukrayna Prezidentinin saytında dərc olunub.
Sənədə əsasən, 24 nəfər Ukraynanın dövlət mükafatlarından həmişəlik məhrum ediləcək. Onların arasında Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Federasiya Şurasının sədri Valentina Matvienko, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlovla yanaşı, müğənnilər Nikolay Baskov, Filipp Kirkorov, Aleksandr Malinin, bəstəkar İqor Krutoy, dirijor Valeri Gergiev də var.
Həmçinin, dövlət mükafatlarından “Başqa Ukrayna” hərəkatının rəhbəri, ölkədə fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması – Həyat üçün” partiyasının keçmiş lideri Viktor Medvedçuk, Radanın keçmiş deputatları Taras Kozak, Andrey Derkaç və Oleq Tsaryov, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov, Baş nazirin müavini Dmitri Tabaçnik, Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski də məhrum edilib.
Seçilən
8
yeniavaz.com

1Mənbələr