AZ

TCMB əsas faiz dərəcəsini yenidən 50% səviyyəsində saxlayıb

Fins.az - Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı ardıcıl səkkizinci iclasda uçot faiz dərəcəsini eyni səviyyədə saxlayıb.

Yeddi günlük repo əməliyyatları üzrə uçot dərəcəsi illik 50% səviyyəsində qalıb ki, bu da analitiklərin proqnozları ilə üst-üstə düşür.

Qeyd etmək lazımdır ki, göstərici mart ayından etibarən qeyd olunan səviyyədə saxlanılır.

Bundan əlavə, tənzimləyici qurum cari və gələcək illər üçün inflyasiya proqnozlarını artırmışdır. Mərkəzi Bankın yeni proqnozuna görə, Türkiyədə inflyasiya 2024-cü ilin sonunda 44%, 2025-ci ilin sonuna qədər isə 21% olacaq. Əvvəllər bu rəqəmlər müvafiq olaraq 38% və 14% səviyyəsində proqnozlaşdırılırdı.

 

Seçilən
8
fins.az

1Mənbələr