Yapon mikroçip istehsalçısı Kioxia Holdings Corp. Şirkət tənzimləyici sənədlərdə bildirib ki, dekabrın 18-də Tokio Fond Birjasında ilkin kütləvi təklif etməyi planlaşdırır.
Toshiba-nın keçmiş yaddaş çipləri bölməsi olan Kioxia səhmləri təxminən 1390 yen qiymətinə yerləşdirmək niyyətindədir. Son qiymət dekabrın 9-da müəyyənləşəcək.
Şirkətin sahibləri təxminən 180 milyon dollar cəlb etmək niyyətindədirlər, Kioxia-nın bazar dəyəri təxminən 750 milyard yen olacaq.
Kioxia yalnız Cənubi Koreyanın Samsung və SK Group şirkətlərindən sonra dünyanın üçüncü ən böyük yaddaş çipi istehsalçısıdır. Özəl kapital fondu Bain Capital 2018-ci ildə şirkətin 56% payını alıb və bütün biznesi 18 milyard dollar dəyərində qiymətləndirib.
Bain Capital hələ 2020-ci ildə şirkətin IPO-ya çıxarılmasını planlaşdırırdı, lakin bu planlar koronavirus pandemiyası və ABŞ və Çin arasındakı gərgin münasibətlər nəticəsində pozuldu. Bundan sonra şirkət Amerikanın Western Digital şirkəti ilə birləşmək imkanını nəzərdən keçirsə də, danışıqlar nəticəsiz başa çatıb.
Aytac
www.anews.az