İsrail soyqırım və mühasirəyə məruz qaldığı Qəzza zolağının şimalında fələstinlilərə yardım göstərilməməsi üçün hər cür cəhd edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Həmas Siyasi Bürosunun üzvü və Qəzzadakı sədr müavini Xəlil əl-Hayye açıqlama verib.
İsrailin Qəzza zolağının şimalında 40, cənubunda isə 60-ı keçməyən az sayda yardım maşınının girməsinə icazə verdiyini ifadə edən Hayye, bəzi günlərdə sözügedən bölgələrə heç bir yardımın daxil olmadığını qeyd edib.
Hayye, İsrailin Qəzzaya yardımın gəlməsinin qarşısını almaq üçün tətbiq edilənlər çərçivəsində Rəfah Sərhəd Qapısını bağladığını və bir neçə aydır gözləyən yüzlərlə yük maşınının girməsinə mane olduğunu vurğulayıb.
Oksana