AZ

İrandan ilk açıqlama: "Bu, Netanyahunun siyasi ölümüdür"

İran bəyan edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahuya qarşı çıxardığı həbs qərarı Netanyahunun “siyasi ölümünə” zəmanət verir.

Turkustan.az xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu haqqında verdiyi həbs qərarı ilə bağlı İrandan açıqlama gəlib. Tehran administrasiyası bəyan edib ki, bu qərar Netanyahunun “siyasi ölümünə” zəmanət verir.

Bildirək ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun və keçmiş müdafiə naziri Yoav Gallantin, eləcə də HƏMAS lideri İbrahim Əl Masrinin (Məhəmməd Deif) Qəzzadakı münaqişə zamanı hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədilməsində ittiham edərək həbslərinə order verib.

Netanyahu bu qərarı tanımayacaqlarını bildirib. O, BCM-nin qərarının antisemit olduğunu iddia edib və "təzyiqlərə boyun əyməyəcəklərini" bəyan edib.

ABŞ prezidenti Co Bayden isə öz növbəsində qərarı “rüsvayçılıq” adlandırıb.

Seçilən
8
3
turkustan.az

4Mənbələr