AZ

Oğlunun gənc qıza etdiyi zorakılıq Rusiyada erməni diaspor rəhbərinin başında “partladı”

Rusiyanın Saratov vilayətinin Balakovo şəhərində erməni diasporunun rəhbəri Petik Aspoyan oğlu Artyomun gənc qızı hər kəsin gözü qabağında saçından sürüməsi ilə bağlı qalmaqaldan sonra vəzifəsindən gedib.

Oxu.Az bu barədə NEWS.ru-ya istinadən xəbər verib.

Bildirilir ki, Artyom Aspoyan beynəlxalq axtarışa verilib, onun barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Erməni diasporunun keçmiş rəhbərinin sözlərinə görə, oğlu Balakovo şəhərində deyil və hamilə həyat yoldaşını Moskvaya aparmaq üçün əvvəlcədən bilet alıb.

Xatırladaq ki, sosial şəbəkələrdə 25 yaşlı Artyomun barda sarışın qızın saçından sürüyərək onu və daha bir qızı təhqir etdiyi barədə görüntülər yayılmışdı.

Seçilən
0
1
editor.az

2Mənbələr