AZ

Dövlətimiz şəhidlərin fədakarlıqlarını unutmur- ÖZƏL

"Torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edərkən bu sevinci bizlərə yaşadan, qanları, canları ilə tarix yazan şəhidlərimizi, qəhrəman əsgər və zabitlərimizi yad etməyə bilmərik.  Məhz onların fədakarlığı və şücaəti  nəticəsində tarix yazıldı, torpaqlarımızın 30 illik işğalına son qoyuldu". "Olaylar" xəbər verir ki, bunu YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib: "Dövlətimiz onların fədakarlıqlarını unutmur. 2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
olaylar.az

1Mənbələr