Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 6 ölkəyə ümumilikdə 6,1 milyard dollar dəyərində 18,7 milyard kub metr qaz ixarc edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qazın orta ixrac qiyməti hər kub metr üçün 0,32 dollar və ya 0,58 manat təşkil edib.
Bu dövrdə ən çox qaz ixracı 7,3 milyard m3 olmaqla Türkiyə və İtaliyaya həyata keçirilib. 9 ayın nəticələrinə əsasən ucuz qaz hər kub metr üçün 18 qəpiyə Gürcüstana, ən baha isə 69 qəpiyə İtaliyaya ixrac olunub.
Ətraflı cədəvldə:
| Ölkələr | Miqdar (min kub metr) | Məbləğ (dollar) | Hər kub metr üçün orta ixrac qiyməti (dollar) | Hər kub metr üçün orta ixrac qiyməti (manat) |
S/n | Cəmi | 18 731 066 | 6 075 295 990 | $0,32 | 0,55 |
1 | Yunanıstan | 692 583 | 281 069 630 | $ 0,41 | 0,69 ₼ |
2 | İtaliya | 7 294 277 | 2 888 315 410 | $0,40 | 0,67 ₼ |
3 | Serbiya | 32 317 | 11 614 060 | $0,36 | 0,61 ₼ |
4 | Bolqarıstan | 1 344 343 | 425 361 880 | $0,32 | 0,54 ₼ |
5 | Türkiyə | 7 301 959 | 2256 024 090 | $0,31 | 0,53 ₼ |
6 | Gürcüstan | 2 065 588 | 212 910 910 | $0,10 | 0,18 ₼ |