AZ

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

23 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu: AZ2092008682

Emissiya həcmi: 50 000 000 manat

Nominal qiyməti: 1000 manat

Hərrac qiyməti: 1000 manat

İstiqrazların tədavül müddəti: 8640 gün

Faiz dərəcəsi: 3%

Faiz gəlirinin ödəniş müddəti: 180 gündən bir (6 aydan bir)

Anderrayter: “Unicapital İ.Ş” ASC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Seçilən
10
1
marja.az

3Mənbələr