AZ

Gürcüstanın növbəti prezidenti Seçicilər Kollegiyası tərəfindən seçiləcək

Gürcüstanın növbəti prezidenti ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən formalaşdırılacaq Seçicilər Kollegiyası tərəfindən seçiləcək. Seçicilər Kollegiyası seçkilərin vaxtı müəyyən edildikdən sonra formalaşacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.

Onun sözlərinə görə, Salome Zurabişvili Gürcüstanın birbaşa səsvermə yolu ilə seçilən sonuncu prezidenti olub.

MSK konkret tarix təyin etdikdən sonra 300 üzvdən ibarət Seçicilər Kollegiyası formalaşdırılır. “Konstitusiyaya görə, Gürcüstanda prezident seçkiləri oktyabr ayında keçirilir, lakin seçkilərin tarixi parlament seçkiləri ayı ilə üst-üstə düşərsə, yeni seçilmiş parlamentin ilk iclasından sonra 45 gün ərzində prezident seçkiləri keçirilir. Noyabrın 25-də 11-ci çağırış parlamentin ilk iclası keçiriləcək”, – deyə Papuaşvili vurğulayıb.

Bildirilib ki, Seçicilər Kollegiyasına 150 parlament üzvü, Abxaziya Muxtar Respublikası Ali Şurasının 20 üzvü, Acarıstan Muxtar Respublikası Ali Şurasının 21 üzvü və yerli özünüidarəetmə orqanlarının 109 nümayəndəsi daxil olacaq.

Qanuna uyğun olaraq seçki hüququna malik olan, yaşı 40-dan yuxarı və ən azı 15 il ölkədə yaşayan Gürcüstan vətəndaşı prezident seçilə bilər.

Seçicilər Kollegiyasının bir üzvü yalnız bir namizədin irəli sürülməsini dəstəkləyə bilər və yalnız bir namizədə səs verə bilər. Kollegiyanın tam tərkibinin ən azı üçdə ikisinin səsini toplayan namizəd seçkilərin birinci turunda seçilmiş sayılır. Prezident birinci turda seçilməsə, ikinci turda səsvermə birinci turda ən yaxşı nəticə göstərən iki namizəd arasında keçirilir. Ən çox səs toplayan namizəd ikinci turda seçilmiş sayılır.

Seçki Şurasının tam tərkibinin yarıdan çoxu iştirak etdikdə seçkilərin birinci və ya ikinci turu baş tutmuş sayılır. Əgər seçkilər baş tutmayıbsa və ya Seçicilər Kollegiyası Gürcüstan prezidentini seçə bilməyibsə, 30 gün ərzində Gürcüstan prezidentinin təkrar seçkiləri keçirilir.

Seçilən
9
3
xezerxeber.az

5Mənbələr