AZ

İqlim tədbirlərinin maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil – Annalena Berbok

Bakı. Trend:

İqlim tədbirlərinin maliyyələşdirilməsi CO2 emissiyalarınınazaldılması olmadan mümkün deyil.

Trend xəbər verir ki, bunuAlmaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsindəkeçirilən mətbuat konfransında bildirib.

"Əvvəldən bəlli idi ki, bu iqlim konfransı, ilk növbədə,maliyyələşdirmə məsələlərinə həsr olunub. Məqsədimiz 2035-ci iləqədər böyük iqlim çağırışları, zərərlər və itkilərlə, eləcə də,genişmiqyaslı adaptasiya tədbirləri ilə necə mübarizə aparacağımızımüəyyən etməkdir. Bunu birlikdə və, ən əsası, ədalətli şəkildəetməyimiz vacibdir.

Həmçinin, aydın idi ki, iqlim tədbirlərinin maliyyələşdirilməsiCO2 emissiyalarının azaldılması olmadan mümkün deyil. Əgərplanetdəki bütün zərərləri ödəmək üçün təxirəsalınmaz addımlarataraq, qlobal istiləşməni 1,5 dərəcə çərçivəsində saxlamağayönəlməsək, bu problemi maliyyələşdirə bilmərik.

Qlobal istiləşmədə hər 0.1 dərəcə artım nəticələri daha dabahalı edir. Məhz buna görə Avropa nümayəndə heyəti olaraq Dubaydaəldə etdiyimiz nailiyyətləri, xüsusən də emissiyaların azaldılmasıməsələsində, möhkəmləndirmək və bu əsasda gələcək iqlimmaliyyələşdirilməsini qurmaq bizim üçün son dərəcə vacib idi.

İqlim maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılmasıolmadan mümkün deyil, CO2 emissiyalarının azaldılması isə bütünölkələrin bunu həyata keçirə bilməsi üçün maliyyə təminatı tələbedir", — deyə Annalena Berbok bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
22
3
az.trend.az

4Mənbələr