AZ

Bürclərlə bağlı unikal kəşf - Eramızdan əvvələ aid olan bu tapıntı nəyi göstərir? 

Misirin El-Xoş bölgəsində aparılan araşdırmalar zamanı unikal bir petroqlif aşkar edilib. Bu petroqlifin oğlaq bürcünü yəni qabaq hissəsi keçi, arxa hissəsi isə balıq olan hibrid varlığını təmsil etdiyi ehtimal edilir.

Avstraliyanın Macquarie Universitetinin professoru Dr. Linda Evans və onun komandası tərəfindən aparılan bu kəşf Misir arxeologiyası jurnalında dərc olunub. Bu Misir qayaüstü sənətində tanınan ilk zodiak simvolu nümunəsi olaraq önəm kəsb edir.

Oğlaq bürcünün petroqlifi əvvəlcə Dr. Frederick Hardtke tərəfindən sahə işləri zamanı aşkar edilib. Dr. Hardtke bu simvolun yerləşdiyi ərazinin xüsusiyyətlərini belə təsvir edib.

Dr. Evans isə hibrid varlığın oğlaq bürcünə bənzədiyini gördükdən sonra onun mənşəyini daha dərindən araşdırmağa başlayıb.

"Əvvəlcə onu mifoloji bir heyvan kimi təsvir etmişdik, amma araşdırmalarımızdan sonra, onun keçi-balığına bənzədiyini başa düşdük və bu da bizi astrologiya simvolu kimi tarixini öyrənməyə yönəltdi" - deyə Dr. Evans izah edib.

Oğlaq bürcü ilkin olaraq Mesopotamiyada yaranıb və burada Sumer tanrısı Enki-ni təmsil edirdi. Hər iki tanrı su və hikmətlə əlaqələndirilirdi. E.ə. 3-cü minilliyin sonlarına doğru bu təsvir Mesopotamiya möhürlərində keçi-balığı hibridinə çevrilib. Zodiak sisteminin insan işlərinə təsir edən göy simvolları kimi Mesopotamiyadan Yunanıstana e.ə. 5-ci əsrdə yayıldığı və sonradan Ptolemey və Roma dövrlərində (e.ə. 3-cü əsr - e.ə. 2-ci əsr) Yunan və Roma təsirləri ilə Misirə gəldiyi düşünülür.

Bu kəşf həm Misir qayaüstü sənətində zodiak simvollarının mövcudluğunu, həm də qədim zamanlarda mədəniyyətlər arasında təsir və əlaqə mübadiləsini göstərir.//
Milli.Az


Seçilən
13
2
referans.az

3Mənbələr