AZ

ABŞ bu quruma sanksiya tətbiq etməyə hazırlaşır

ABŞ senatoru Lindsey Graham Vaşinqtonu İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə order verdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) sanksiya tətbiq etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Haaqada yerləşən qurum Netanyahu və Gallantı İsrailin Qəzzada Fələstinin HƏMAS silahlı qruplaşması ilə münaqişəsi zamanı törətdikləri iddia edilən “insanlığa qarşı cinayətlər”də ittiham edib.

BCM-nin baş prokuroru Kərim Xan da HƏMAS-ın hərbi lideri Məhəmməd Deyfə qarşı oxşar ittihamları açıqlayıb.

İsrail hakimiyyəti Deyfin iyul ayında hava hücumu nəticəsində öldürüldüyünü iddia edib.

Seçilən
10
nocomment.az

1Mənbələr