AZ

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı. Trend

Noyabrın 23-də Bakı Fond Birjasında (BFB) AzərbaycanRespublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarınınyerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Qurumdan Trend-ə bildirilib ki, hərrac zamanı sifarişlərintoplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq, saat11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakıcədvəldə verilib:

Qiymətli kağızın ISIN kodu

AZ2092008682

Emissiya həcmi

50,000,000 manat

Nominal qiyməti

1,000 manat

Hərrac qiyməti

1,000 manat

İstiqrazların tədavül müddəti

8640 gün

Faiz dərəcəsi

3%

Faiz gəlirinin ödəniş müddəti

180 gündən bir (6 aydan bir)

Anderrayter

“Unicapital İ.Ş” ASC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlərmütənasib qaydada təmin ediləcək.

ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internetsaytının (www.bfb.az) “Emitentlər” bölməsindəyerləşdirilib.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvüolan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının(www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Seçilən
11
az.trend.az

1Mənbələr