AZ

Avropa nümayəndə heyəti iqlim maliyyələşdirilməsi üzrə intensiv danışıqları davam etdirir – Annalena Berbok

Avropa nümayəndə heyəti iqlim maliyyələşdirilməsi üzrə intensiv danışıqları davam etdirir.

Olaylar xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"İqlim maliyyələşdirilməsi CO2 emissiyalarının azaldılması olmadan mümkün deyil, CO2 emissiyalarının azaldılması isə bütün ölkələrin bunu həyata keçirə bilməsi üçün maliyyə təminatı tələb edir. Bu kontekstdə biz Avropa nümayəndə heyəti olaraq, mətn üzərində intensiv danışıqları davam etdiririk. Bu, keçən il güclü və qətiyyətlə razılaşdırılmış əsaslara əsaslanaraq, fəaliyyətimizi qurmaq deməkdir: bərpa olunan enerji mənbələrinin inkişaf sürətinin üçqat artırılması, enerji səmərəliliyinin ikiqat artırılması və ən əsası, köhnəlmiş qalıq yanacaq növlərindən imtina yollarının müəyyənləşdirilməsi.

Bu, hazırda səfərbər edilən vəsaitlərin enerji keçidində geridə qalan ölkələrdə bu keçidi sürətləndirməyə yönəldilməsi üçün kritik əhəmiyyət daşıyır. Bu, enerji saxlama sistemlərinin inkişafı, şəbəkələrin tikintisi və hələ də kömür elektrik stansiyalarının fəaliyyət göstərdiyi ölkələrdə kömürdən imtina üçün şəraitin yaradılmasını da əhatə edir. Bu, artıq sənayecə inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada baş verir. Bu da iqlim ədaləti məsələsidir", - deyə Annalena Berbok bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
1
olaylar.az

3Mənbələr