AZ

İŞÇİLƏRƏ ORTA ƏMƏK HAQQI HESABLANARKƏN HANSI ŞƏRTLƏR NƏZƏRƏ ALINMALIDIR?

İşçiləri - daha çox maraqlandıran suallardan bir də budur ki, orta əməkhaqqı hesablanarkən hansı ödənişlər nəzərə alınır? Bu sual həm də o səbəbdən maraqlıdır ki, işçilərə ödənilən bir çox ödənişlər məhz orta əməkhaqqından hesablanmaqla ödənilir. NHMT-nin hüquqşünası Azər Quliyev "Təzadlar"ın bu mzmunlu sualını belə cavablandırdı:

-Qanunvericiliyin tələblərinə uyğun olaraq orta əmək haqqı hesablanarkən nəzər alınan ödənişlər bunlardır:

-Faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı;

-Müəssisə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatların bir aya düşən müvafiq hissəsi;

-Kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr: əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə görə və sair.

-Uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi, İqlim şəraitinə görə əlavə ödənişlər;

-Qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan əbədi işçilərə verilən qonorarlar, müəlliflik haqqları üzrə ödənişlər;

-İşçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayana, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr, -Əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər;

-Qanunvericilikdə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki vəzifəsi (peşəsi)üzrə əməkhaqqı saxlanıldığı hallarda;

-Məcburi işburaxma dövrünün ödənilməsi, əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı...

Y.Məmmədli

Seçilən
16
tezadlar.az

1Mənbələr