AZ

Almaniya Avropada hərbi münaqişənin genişlənməsinin qarşısını almağa çalışır və bunun üçün səy göstərir. Müharibənin başlamasından min gün keçdiyi bir vaxtda Putin təkcə Ukraynanı deyil, Baltika ölkələrini və Polşanı da təhdid edir. Bu barədə noyabrın 22-də Bakıda keçirilən mətbuat konfransında Almaniyanın XİN başçısı Annalena Berbok Rusiyanın Ukraynaya qarşı ballistik raketlərdən istifadə etməsindən sonra Berlinin Kiyevə "Taurus" raketləri verib-verməyəcəyi haqqında suala cavabda bildirib. 

"Buna görə bu suala birmənalı "bəli" cavabı vermək olmaz", deyə o bildirib.

Rusiya Almaniyaya qarşı da təcavüzkar hərəkətlər edir, bu, kiberhücumlarda, təyyarələrə partlayış təhlükəli bağlamaların göndərilməsində və s. özünü büruzə verir.

"Putin Avropanı bölməyə və ayrı-ayrı ölkələri küncə sıxışdırmağa, Ukraynada olduğu kimi, böyük qaçqın axınları yaratmağa çalışır. Onun yeganə məqsədi bizi Ukraynanı dəstəkləməyə son qoymağa vadar etməkdir", deyə o qeyd edib.

"Biz bu təhdidləri vaxtında qiymətləndirməməklə böyük səhvə yol verdik. Müharibənin getdiyi bu min gün ərzində ən doğru qərar Putin öz təcavüzünə son qoyana qədər Ukraynaya yardım etmək olub", deyə o vurğulayıb.

Seçilən
17
turan.az

1Mənbələr