“Rusiyanın əmək miqrantlarına ehtiyacı var”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov “RİA Novosti”yə müsahibəsində danışıb.
“Miqrantlara tələbat var. Bizdə demoqrafik vəziyyət çox gərgindir. Biz dünyanın ən böyük ölkəsində yaşayırıq, lakin azıq”, - deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın inkişafı ilə bağlı planların həyata keçirilməsi üçün əlavə işçi qüvvəsi mütləqdir və ölkəsi əmək miqrantlarının gəlişini alqışlayır.
Bununla belə, Peskov qeyd edib ki, miqrantlar tərəfindən törədilən cinayətləri istisna etmək üçün Rusiyada əmək miqrasiyasını ciddi şəkildə tənzimləmək lazımdır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın əvvəlində ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı bir neçə qanun imzalayıb. Onlar arasında qanunsuz miqrasiyanın təşkili zamanı əldə olunan pul və əmlakın müsadirə olunması, vasitəçi təşkilatları tərəfindən miqrantlardan imtahan keçirilməsinin qadağan edilməsi kimi qanunlar var.