"Rusiya ordusu Oreşnikdən istifadə etməklə Ukrayna vətəndaşlarına qarşıdakı hücumlar barədə xəbərdarlıq etməyin nüanslarını işləyəcək". Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Əlbəttə, nüanslar hərbçilərimiz tərəfindən işlənib hazırlanacaq və elə çatdırılacaq ki, ölkənin mülki əhalisi bu məlumatı alsın”, - Kreml nümayəndəsi qeyd edib.
Peskov deyib ki, o, hələlik bu nüanslar barədə danışa bilməz.
Zərintac MayisqızıMissiya.Az