AZ

Mourinyo Portuqaliya millisinin kapitanını "Fənərbaxça"ya gətirir

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldonu İstanbul klubuna keçmək təklifini irəli sürüb. 

Sportal.az “Fotomaç”a istinadən xəbər verir ki, Mourinyo artıq “Fənər”in idman direktoru Mario Brankodan mümkün transferi müzakirə etmək üçün Ronaldonun agenti ilə əlaqə saxlamağı xahiş edib. 

Portuqaliyalı forvardın “Əl-Nəsr”lə müqavilə müddəti cari mövsümün sonuna qədərdir. Bundan sonra isə portuqaliyalı müqaviləni uzatmasa, azad agent ola bilər.

Mourinyonun rəhbərliyi altında Kriştiano 2010-2013-cü illərdə “Real”da(Madrid) çıxış edib.

 

saytlarin hazirlanmasi

Seçilən
65
50
sportal.az

10Mənbələr