Noyabrın 25-dən etibarən Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabrda tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə reyslər aşağıdakı kimi bərpa olunur.
- Bakıdan saat 08:10, 17:50 və 19:05,
- Sumqayıtdan saat 07:20,
- Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.
Sözügedən hərəkət qrafiki ilə buradan tanış ola bilərsiniz: https://t.me/azerbaycandemiryollari/1463.