AZ

“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı, qüsur aşkarlandı - Servis yalnız təmir edə biləcəyini bildirir - NARAZILIQ

“Baku Elektroniks”in “Black Friday” (Qara Cümə) endirimləri ilə bağlı növbəti dəfə narazılıq yaşanıb. 

 

Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə Aysel İsmayılova adlı müştərinin yaydığı şikayətə görə, mağazanın Nərimanov filialından “Black Friday” endirimi zamanı 5 adda məhsula 2256,76 manat ödəyib, əlavə olaraq alınan məhsullar üçün sifarişi əsasında əlavə ödənişlə VİP zəmanət tətbiq olunub: 

 

““LG” markalı (“TV LG Qned”) TV-də bir müddət sonra qüsurlar ortaya çıxdı. Qeyd edim ki, TV çox az istifadə olunub və bu səbəbdən nasasızlıq gec üzə çıxıb. 2024-cü ilin sentyabr ayında TV-də yaranmış problemlə əlaqədar “Baku Electroniks” mağazasına müraciətimə əsasən, servisə yönəltdilər. Servisin ilkin baxışı zamanı TV-nin ekranının dəyişdirilməsinə ehtiyac olduğu bildirildi. Yeni alınmış məhsul üçün əsas hissə-detal olan ekranın dəyişdirilməsinin məqsədəuyğun olmadığını bildirərək, təmir təklifini qəbul etmədik. Evdə uşaq və ya müdaxilə edəcək heç kimsənin olmadığını bildirdik. Zavod defekti olduğundan yenisi ilə əvəz olunmasını istədik, lakin heç bir müsbət geri dönüş almadıq. İqtisadiyyat Nazirliyinə şikayət edəcəyimizi bildirdikdən bir müddət sonra servis yenidən TV-yə baxış keçirdi, TV-nin həqiqətən də az işləndiyinin sübutu kimi işlənmə saatının şəklini çəkərək getdilər. Yenidən heç bir geri dönüş olmadığı üçün servisə müraciət etdik. Servis “biz bu məsələyə baxmırıq, mağazaya müraciət edin” deyərək mağazaya yaxınlaşmağımızın lazım olduğunu bildirdi. Buna əsaslanıb mağazaya yaxınlaşdıqda isə yalnız satış həyata keçirildiyini, servis rəyi tələb olunduğu bildirildi. Servis isə aylardır rəy vermir ve tələb etdikdə isə bir az gec olacağını bildirdilər. Nəticədə, “Baku Elektorniks” satış etdiyi defektli məhsulu (VİP zəmanətli) yenisi ilə əvəz etmək əvəzinə, təmirə yönəltmək və problemli məsələni ləngitməklə zəmanət müddətinin bitməsinə zərurət yaradır. Bilirlər ki, zəmanət 24.11.2024 tarixində bitir. Bu səbəbdən mövzunu uzadırlar. Bu cür mağazalardan alış-veriş edəndə ehtiyatlı olun. Xüsusilə  “Black Friday” zamanı” - o qeyd edib.

 

Pravda.az-ın sorğusuna cavab olaraq “Baku Elektroniks”dən bildirilib ki, şirkət zəmanət müddətinin bitməsinə 2 gün qalmasına baxmayaraq, müştərinin məhsulunun qüsurunu aradan qaldırmağı ödənişsiz olaraq öhdəsinə götürüb, əlavə olaraq 6 ay da zəmanət müddəti verir. 

 

Aytəkin Qardaşova 

Tarix: 22 Noyabr 2024, 15:53   
Seçilən
32
50
pravda.az

10Mənbələr